Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar 

22:25 10.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz üzrə idarəsinin rəhbəri Mehmem Samsar arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycanın Ankaradakı səfirliyindən hafta.az-a verilən məlumata görə, ikitərəfli siyasi əlaqələrin vəziyyəti və perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov da iştirak edib.